Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 2012-ci ilin yaz və payız mövsümündə yaşıllıqların salınması və ağac əkmə kompaniyasının həyata keçirilməsinə dair A R A Y I Ş

27 noyabr 2012 | 16:00

Azərbaycan Respublikasın Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasın regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Respublikasının digər rayonlarında olduğu kimi Samux rayonunda da geniş və hərtərəfli inkişaf üçün əlverişli şərait yaratmışdır. Dövlət Proqramında nəzərdə tutulan mühüm tədbirlərdən biridə respublika ərazisinin bütün regionlarında yaşıllıqların salınması işlərinin həyata keçirilməsdir.
Azərbaycan Respublikasında 2010-cu ilin “Ekologiya ili” elan olunması regionlarıda yaşıllıqların salınmasının dahada geniş miqyasda aparılması üçün böyük təkan vermişdir.
Respublikanın hər yerində olduğu kimi Samux rayonunda da son illərdə geniş miqyasda quruculuq, abadlıq və yaşıllıqların salınması işləri aparılmaqdadır. Bu işlərin həyata keçirilməsində respublika rəhbərliyinin, rayon rəhbərliyinin və eləcədə rayonda fəaliyyət göstərən hər bir idarə, təşkilat və müəssisə kollektivlərinin və rayon əhalisinin böyük əməyi olmuşdur.
Samux rayonunda yolların kənarında, parklarda, idarə və təşkilatların həyətində ağacların əkilməsi yüksək səviyyədə davam etdirilməkdədir.
Rayonda əvvəlcədən ağac əkini ilə bağlı yerlər müəyyənləşdirilmiş, ağacların alınması üçün sifariş verilmiş, əkin yerlərinə şırımlar açmaq üçün 2 ədəd MTZ-80 markalı traktor, 2 ədəd arxaçan və 1 ədəd çalaqazan təmir edilərək saz vəziyyətə gətirilmişdir.
Əkiləcək ağacların suvarılmasında istifadə ediləcək səyyari su daşıyan avtomobil və subartezian quyuları saz vəziyyətdədir.
Ağac əkininin mütəşəkkil keçirilməsi üçün əkin yerləri və əkiləcək ağacların sayı idarə təşkilatlar, bələdiyyələr və digər müəssisələr arasında bölünmüşdür.
2012-ci ilin yaz və payız mövsümü ərzində rayon ərazisində 23 min ədəd həmişəyaşıl ağaclar əkilmişdir. Belə ki, 3300 ədəd ağac Samux şəhəri-Yenikənd yolunda, 1800 ədəd Alıuşağı-Zazalı yolunda, 4500 ədəd Qarayeri-Gəncə yolunda, 2500 ədəd Çobanabdallı-Lək yolunda, 2400 ədəd Sərkar-Gəncə yolunda, Gəncə-3200 ədəd Əhmədbəyli-Ağasıbəyli yolunda, 550 ədəd Ziyadlı-Qovlarsarı yolunda, 1700 ədəd Çobanabdallı-Gəncə yolunda və 6600 ədəd həmişə yaşıl ağaclar ictimai binaların, məktəblərin və digər infrastruktur obyektlərin həyətində əkilmişdir. Rayon ərazisində əkilmiş ağacların əksəriyyəti Sərv, Eldar şami ağacları və qismən Çinar və digər ağaclardan ibarətdir.
Rayon icra hakimiyyətinin, rayon prokurorluğunu, rayon Polis şöbəsinin yeni tikilmiş inzibati binalarının və Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli iki mərtəbəli yaşayış binasının həyətində 2012-ci ildə min ədəddən artıq müxtəlif kol bitkiləri və həmişəyaşıl bəzək ağacları, o cümlədən qızıl gül və digər dekorativ güllər və çiçəklər əkilmişdir.
Əkilmiş ağaclara qulluq işlərinin aparılması, vaxtlı-vaxtında suvarılması və qorunması rayon Kommunal təsərrüfatı idarəsinə, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatlara, həmin ərazilərin İcra nümayəndəsi və bələdiyyə sədrlərinə təhkim edilmışdır. Həmin təşkilatlar tərəfindən ağacların suvarılması və digər qulluq işləri vaxtlı-vaxtında həyata keçirilir. Yolların kənarında və digər ərazilərdə əkilmiş ağacların əksəriyyəti normal vəsiyyətdə inkişaf edir, bəzi sahələrdə quruyan və inkişafını dayandıran ağaclar yenisi ilə əvəz olunur.
Hal-hazırda rayon ərazisində ağac əkmə kompaniyası mütəçəkkil qaydada iməcilik yolu ilə davam etdirilməkdədir.
 

Keçidlər