Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Əlibayramlı kəndində səyyari görüşü keçirilmişdir.

02 iyun 2015 | 15:00

02.06.2015-ci il tarixində Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Əlibayramlı  kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Əlibayramlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.Kənddə görülmüş işlər, elektrik enerjisi,təbii qaz və  su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov  Qənbər  Məvlid oğlu çıxış edərək  4 ədəd  yararsız  elektrik  dirəyinin dəyişdirilməsini         xahiş etdi.
2. Qafarov  Çərkəz  Əli oğlu öz çıxışında  maşurt  avtobusunun yenisi ilə  əvəz  edilməsini           təmirini     xahiş etdi.
3. Abbasova   Tahirə  Qəmbər  qızı kənddə  uşaq  bağçasının açılması    təklifini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər