Samux rayonunda 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi.
YAP Samux rayon təşkilatının akt zalında 27 may 2015-ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi.
YAP üzvlərinin iştirak etdikləri tədbirdə Samux rayon İcra Hakimiyyətinin Baçşısı Alı Qocayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, müsəlman Şərqində ilk demokratik respublikanın 23 aydan sonra süquta uğramasının səbəblərindən danışdı.Natiq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyaya tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini vurğuladı.
Tədbirdə çıxış edən YAP Samux rayon Təşkilatının sədri Gündüz Bayramov Ümummilli lider Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və ölkəmizin dinamik inkişaf etdiyini söylədi.O, Azərbaycanın daha parlaq sabahına böyük inamını ifadə etdi.
Tədbirdə çıxış edənlər Aynur Qəhrəmanova, Şəhla Abdullayeva, Günay Quliyeva,Nizami Hümbətov və başqaları vurğuladılar ki, xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var. Xalq o zaman xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir. Bu baxımdan Azərbaycan xalqı həqiqətən xoşbəxtdir. Ümummilli liderin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirilir.