Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qovlarsarı kəndində səyyari görüşü keçirilmişdir.
26.05.2015-ci il tarixində Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qovlarsarı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qovlarsarı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Ramil Aslanov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi.Kənddə görülmüş işlər, elektrik enerjisi,təbii qaz və su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Mehdiyeva Dürdanə Əli qızı çıxış edərək istirahət parkında 6 ədəd əlavə oturacaqların quraşdırılmasını xahiş etdi.
2. Zamanov Ziya Azər oğlu öz çıxışında kəndə xidmət edən elektrik trasformatorunun təmirini xahiş etdi.
3. Ələkbərov Bayram İspəndiyar oğlu Mərkəzi küçənin 1 km hissəsinin asfaltlaşdırılması təklifini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi