Samux rayon Heydər Əliyev Mərkəzində 28 May Respublika gününə həsr edilmiş tədbir keçirildi.
Samux Rayon Heydər Əliyev Mərkəzinin texniki dəstəyi ilə Samux rayon Heydər Əliyev Mərkəzində Sərkar kənd Musiqi məktəbinin hesabat konserti təşkil edildi. Tədbirdə Samux Rayon Heydər Əliyev Mərkəzinin rəhbər və kollektivi,Samux Rayon Sərkar kənd Musiqi Məktəbinin rəhbər və kollektivi,Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kamil Vəliyev və digər rayon rəsmiləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Sərkar kənd Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Rühanə Həsənova açaraq bu tarixi gün haqqında iştirakçılara məlumat verdi.Daha sonra çıxış edən məktəbin direktoru Səadət xanım Məmmədbəyova öz çıxışında məktəbin fəaliyyəti ,rayonun mədəni –ictimai həyatındakı fəallığından,Respublikada keçirilən müsabiqələrdə əldə edilən uğurlardan ətraflı söz açdı.Tədbirin gedişində söz alan Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kamil Vəliyev və Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə də Respublika günü münasibəti ilə bütün qonaqları təbrik edərək,Sərkar kənd Musiqi məktəbinin uğurlarının eyni zamanda rayonun inkişafına xidmət etməsindən söz açdılar.
Tədbir klassik və milli musiqilərdən ibarət konsert proqramı ilə davam etdirildi.