Samux rayonunda təlimlər keçirilir.
25 may 2015 | 15:00
Samux Rayon Heydər Əliyev Mərkəzində Dünya Bankının "Korparativ və büdcə sektoru" üçün hesabatlılıq" layihəsi çərçivəsində məsul qurum olan Maliyyə Nazirliyinin yanında " MALİYYƏ -ELM TƏDRİS MƏRKƏZİ" tərəfindən Samux rayonu üzrə mövcud büdcədən maliyyələşən təşkilatların mühasiblərinə " MİLLİ MÜHASİBAT UÇOTUNUN ƏSASLARI" adlı təlimlər başladı.Təlimçi Murad Quliyevdir. Dərslərdə 2 növbə olmaqla 50 nəfər iştirak edir. Dərslər davam edir.