Samux Heydər Əliyev Mərkəzində “18 may Beynəlxalq Muzeylər Günü” münasibətilə açıq qapı günləri və “Tarixdə bir gün” adlı ədəbi bədii gecə təşkil olundu.
Samux Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “18 may Beynəlxalq Muzeylər Günü” münasibətilə açıq qapı günləri və “Tarixdə bir gün” adlı ədəbi bədii gecə təşkil olundu. Tədbir rəsmi və bədii hissədən ibarət təşkil olunmuşdu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Alı Qocayev və digər rayon rəsmiləri və digər qonaqlar, tarixçilər, yazarlar və gənclər iştirak ediridi.
Tədbiri giriş sözü ilə Samux Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə Ulu Öndərimiz Heydər Əliyevin dəyərli kəlamları ilə başladı “Xalq gərək daim öz kökünü xatırlasın. Tariximizin hər səhifəsi bizim üçün əzizdir.Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.Tariximiz bizim üçün dərs olmalıdır. Tarix heç nəyi silmir” sözləri ilə açaraq qonaqları salamladı. “Sonra Rayon İcra Baçşısı cənab Alı Qocayev çıxış edərək Samux rayonunun maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılması, təbliği istiqamətində görülən işlərdən, Samux rayonun qədimliyini özündə əks etdirən yeni yaradılmış Tarix Diyarşünaslıq Muzeyi haqqında da danışdı və muzey işçilərini təbrik etdi.
Mədəniyyət və Turizm Nazirliyinin Samux rayon Şöbəsinin Kamil Vəliyev də çıxış edərək mərkəz işçilərini təbrik etdi.
Sonra Samux Rayon Heydər Əliyev Mərkəzi ilə uğurlu əməkdalıq edən rayon təşkilatları və KİV nümayəndələrinə təşəkkürnamələr təqdim olundu.
Tədbirin 2-ci hisssəində rayonun faəl mədəniyyət müəssisələrindən, Sərkar kənd Musiqi Məktəbinin hazırladığı muğam və klassik musqilərlə zəngin kompozisiyasına tamaşa edildi. Tədbirdə rayonun fəal və istedadlı gənclərinin fəal çıxışları da tədbirə rəng qatdı. Tədbirdə rayon yaradıcılıq və mədəniyyət mərkəzlərinin və məktəblilərin ilk Avropa Oyunları münasibəti ilə hazırladıqları əl işləri də sərgilənərək təqdim olundu.
Onu da qeyd edək ki, Mərkəzdə açıq qapı günlərində mərkəzdə insanları mərkəzlə tanışlığı və maraqlı ekskursiyaları yüksək səviyyədə təşkil olunub.