Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsi şəhidinin üçüncü ildönümü qeyd edilib

13 noyabr 2023 | 18:45

44 günlük Vətən müharibəsi şəhidinin üçüncü ildönümü qeyd edilib

13 noyabr 2023-cü il tarixdə Samux şəhərindən olan Vətən müharibəsi şəhidi, leytenant Məmmədzadə Elvin İlham oğlunun şəhadətinin üçüncü ildönümü mərasimi keçirilib.
Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müharibə iştirakçıları, rayon ictimaiyyəti və məktəblilərin iştirakı ilə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Keçidlər