Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsi şəhidinin əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edilib

16 noyabr 2023 | 15:27

 

16 noyabr 2023-cü il tarixdə Samux rayonunun Füzuli kəndindən olan Vətən müharibəsi şəhidi Ağamalıyev Ağamməd Elgiz oğlunun doğum günü qeyd edilib. Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyəti və məktəblilərin iştirakı ilə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Keçidlər