44 günlük Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlunun xatirəsi doğum günündə anılıb
Samux rayonunun Köbər kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlunun məzarı ziyarət edildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailəsi, təhsil aldığı məktəbin müəllim və şagirdləri, yaxınları və rayon ictimaiyyəti iştirak etdi. Doğum günündə şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu, 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıldı. Məktəlbilər şəhidlər haqqında şeirlər dedilər.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlu 13 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Dostuyev Elçin Murad oğlu hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şücaət göstərdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.