Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsi şəhidi doğum günündə anıldı.

22 avqust 2024 | 16:05

44 günlük Vətən müharibəsi şəhidi doğum günündə anıldı.

22 avqust 2024-cü il tarixində Samux Rayon İcra Hakimiyyətinin və Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidin ailəsi, yaxınları və döyüş yoldaşlarının, rayon ictimaiyyətinin, şəhid ailələrinin, müharibə iştirakçılarının, o cümlədən şəhidin təhsil aldığı məktəbin müəllim, şagird kollektivinin birgə iştirakı ilə 44 günlük Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun Samux rayonu Seyidlər kənd qəbristanlığındakı məzarını ziyarət etdilər. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxudular.
Əslən Kəlbəcərli olan şəhid Şəfiyev Daşqın Hidayət oğlu 22 Avqust 1989-cu il Rusiyanın Krasnodar şəhərində doğulub. 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Samux rayonunun Seyidlər kəndində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Daşqın Şəfiyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı, "Qubadlının azad olunmasına görə" medalı və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər