Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Yenikənd kəndində səyyari görüşü keçirilmişdir.
19.05.2015-ci il tarixində Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yenikənd kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Yenikənd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi.Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. İbrahimova Akifə Qurban qızı çıxış edərək kəndin günbatan tərəfində 1100 m uzunluğunda əlavə şor kanalının qazılmasını xahiş etdi.
2. Hüseynov Məmməd Yusif oğlu öz çıxışında Qarasaqqal kanalının 400 m hissəsində sahilbərkitmə işinin aparılmasını xahiş etdi.
3. Musayev Biləndər Cahangir oğlu Kəndə 1 nəfər elektrik ştatının verilməsi təklifini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi