Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Samuxda böyük izdihamla qarşılandı.

16 may 2015 | 15:00

Birinci Avropa Oyunlarının məşəli mayın 16-da  Samux rayonuna gətirildi. Samux şəhərinin sakinləri yol boyu düzülərək ilk Avropa oyunlarının məşəl estafetini böyük çoşqu ilə qarşıladılar. Rayonda  Avropa Oyunlarının rəmzi qapısında məşəli sərbəst güləş üzrə Azərbaycan çempionu, Samux rayon sakini  Anar Cəlilov qəbul etdi. Dörd kilometr məsafədə məşəli növbə ilə bir-birinə öturən idmançılar rayon sakinlərinin alqışlarının müşayəti ilə Heydər Əliyev parkına gətirdilər. Burada Gəncə Dövlət Universitetinin tələbəsi, Samuxlu gənc Aytac Məmmədova qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırdı.Çıraq ilk Avropa Oyunlarının sonunadək “Bakı-2015”-in rəmzi kimi Samuxda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi .
Mərasimdə  26 apreldə Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılmasının əks etdirən vidieoçarx göstərildi.

Keçidlər