Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qarayeri qəsəbəsində səyyari görüşü keçirilmişdir.
12.05.2015-ci il tarixinde Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarayeri qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məftun Yusifov qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əliyeva Sevil Novruz qızı çıxış edərək yeni yaşayış massivinin qazlaşdırılmasını xahiş etdi.
2. Həsənov Asif Çoban oğlu öz çıxışında İstirahət parkının cari təmirini xahiş etdi.
3. Ələsgərov Asəf Səlman oğlu yeni yaşayış massivinə elektrik xəttinin çəkilməsi təklifinini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi