Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Hacallı kəndində səyyari görüşü keçirilmişdir.

05 may 2015 | 15:00

05.05.2015-ci il tarixinde Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Hacallı kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Hacallı  kənd    inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Sabit Verdiyev kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Səlmanov Mətləb  Ərşad oğlu çıxış edərək  pay torpaqlarının suvarılmasında istifadə  olunan subartezianın bərpasını xahiş etdi.
2. Əliyev Rizvan İsmayıl  oğlu öz çıxışında  mərkəzi küçənin qum – çınqıl  verilib  hamarlanmasını    xahiş etdi.
3. Əliyev  Dunay  Mədəd  oğlu 1 ədəd  elektrik  tansformatorunun quraşdırılması təklifinini irəli sürdü.

Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər