FHN – in Gəncə Regional Mərkəzi Samux rayonu İcra Hakimiyyətində müşavirə keçirmişdir.
Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi 7 may 2015-ci il tarixində Samux Rayon İcra Hakimiyyətində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir.
Müşavirədə FHN – nin yerli qurumlarının nümayəndələri, rayon İcra Hakimiyyəti, bələdiyyə sədrləri, müvafiq idarələ və təşkilatların rəhbərləri iştirak edirdilər. Gəncə Regional Mərkəzinin rəis müavini, Qorxmaz Tağıyev yaz aylarında yağıntıların miqdarının çoxalması, qar və buzların əriməsi nəticəsində dağ çaylarında sularının səviyyəsinin artmasını, bunların da öz növbəsində insanların həyatı, təsərrüfatı üçün təhlükə yaratdığını sel və daşqınların qarşısnı alınması, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən ətraflı danışaraq, əhali arasında bu sahədə maarifləndirmə işlərinin aparılmasının, problemlərin həlli istiqamətində görülən işlərin vacibliyini vurğulamışdır.
Sonra Gəncə Regonal Mərkəzinin əməkdaşları Elnur İmanov və Rövşən İbrahimov “Subasma zamanı təhlükəsizlik qaydaları və qabaqlayıcı tədbirlər” , “Sel və daşqınlar zamanı nə etməli” mövzularında məruzələrlə çıxış etmişdirlər.
Tədbirdə subasma təhlükəsi yarandığı halda və təcili təxliyə haqqında məlumat yayılan kimi müvafiq qayda üzrə subasma ərazisini tərk etməyin, təhlükəsiz əraziyə getməyin, elektriki, qazı ümumi şəbəkədən söndürməyin vacibliyi vurğulanmışdır. Subasma zamanı dəyə biləcək ziyanın miqyasını azaltmaq üçün müvafiq idarə və təşkilatların üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə icra olunmasının zəruriliyi xatırladılmışdır.
Müşavirənin sonunda fikir mübadiləsi edildi.