Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70-ci il dönümü qeyd edilmişdir.

07 may 2015 | 15:00

Samux rayonunda  07 may 2015-ci  il tarixdə  1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin  70-ci il dönümü münasibəti ilə geniş tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının aparatı, müharibə iştirakçıları, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr,  ağsaqqallar, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.
Tədbir Samux rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayevin Böyük Vətən Müharibəsində həlak olmuş samuxluların xatirəsinə ucaldılmış kompleks önünə gül dəstəsi qoyması ilə başladı.
Tədbirdə çıxış edən  rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev veteranları  təbrik edərək,   Böyük Vətən Müharibəsində qələbənin heç də asanlıqla əldə edilmədiyini, bu müharibədə Azərbaycandan 650 mindən çox şəxs iştirak etdiyini qeyd etdi. Qələbənin əldə olunmasında Azərbaycan neftinin  həlledici rolu olduğunu, həmin dövrlərdə SSRİ-də istehsal olunan neftin 71,4%-nin Azərbaycanın payına düşdüyünu diqqətə çatdırdı. Cənab başçı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğını xüsusi vurğuladı.
Tədbirdə müharibə iştirakçıları çıxış edərək, ölkə başçısına müharibə veteranlarına göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Daha sonra Samux Rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına qiymətli hədiyələr və medallar  təqdim etdi.

Keçidlər