YAP Samux rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə inşa yazı müsabiqəsi keçirildi.
YAP Samux rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam edir.Bu gün Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümü ərəfəsində rayonun ümumtəhsil məktəbliləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin final mərhələsi keçirildi. İnşa yazı müsabiqəsinin keçirilməsində əsas məqsəd gənc nəsli Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda, Onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyyə etmək, Onun irsinin dövlətçilik, azərbaycançılıq, bəşəri konsepsiyasını,idarəçiliyini öyrənmək, öyrətmək təbliğ etmək, bu ideyalardan faydalanmaq, həyatımızda istifadə etməkdir.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirlər,xüsusi olaraq, məktəblilər arasında inşa yazı müsabiqəsinin keçirilməsi Ümummilli Lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsinin vacibliyinə söykənir. Natiq, Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Ulu Öndərin layiqli davamçısı ölkə Pirezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətdən ətraflı məlumat verdi.Daha sonra YAP Samux rayon təşkilatının sədri G.Bayramov müsabiqə iştirakçılarına uğurlar arzuladı.
İnşa yazı müsabiqəsinin yekun final mərhələsində məktəblilər arasında seçilən 23 nəfər şagird öz zehni qüvvələrini sınayırdılar. Gərgin keçən müsabiqədə öz bilik səviyyəsi ilə fərqlənən Samux şəhər 1saylı məktəb liseyin şagirdi İsmayılova Bahar Ramin qızı - I yerə, Qarayeri qəsəbə tam orta məktəbin şagirdi Quliyeva Qumru Vüqar qızı -II yerə, İnstitut qəsəbə tam orta məktəbin şagirdi Sadıqova Nərminə Ülfət qızı -III yerə layiq görüldülər. Qalib gələn hər üç şagirdə Fəxri Fərman və qiymətli hədiyyələr Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim ediləcəkdir.