Samux rayonunda əhalinin tibbi müayinədən keçirilməsi uğurla başa çatdırıldı.
01 may 2015 | 15:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bütün Respublikada olduğu kimi Samux rayonunda da 3 fevral 2015-ci il tarixindən etibarən başlayan əhalinin tibbi müayinədən keçirilməsi aksiyası uğurla başa çatdırıldı. Belə ki, 01.05.2015-ci il tarixinədək rayonun 35 yaşayış məntəqəsi üzrə 45856 nəfər əhali və 86 təşkilatın kollektivi tibbi müayinədən keçirilmişdir. Müayinə olunanlardan 3068 nəfər ambulator, 79 nəfər stasionar və 35 nəfər isə Bakı şəhərinə göndərilməklə müalicəyə cəlb edilmişlər.






