Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.

30 aprel 2015 | 15:00

Respublikanın bütün regionlarında olduğu kimi Samux rayonunda da geniş tikinti – quraşdırma və abadlıq işlərinin aparılması davam etdirilir. O cümlədən aprel ayında Samux rayonun  Qovlarsarı kəndində, Qovlarsarı – Qarayeri avtomobil yolunun sağ tərəfində yerləşən  hər biri 8 mənzilli 2 mərtəbəli 4 ədəd   yaşayış  binasının həyətyanı sahəsində abadlıq işləri aparılaraq, uşaqlar üçün oyun meydançalarının  və piyadalar üçün səkilərin kənarına 180 p/m beton səki daşları düzülmüş və   3000 m2 asfalt – beton qarışığı ilə əsaslı təmir işləri aparılmışdır. Gəncə - Samux, Samux – AzETPİ – Əlibayramlı – Nəbiağalı – Lək, Gəncə - Qarayeri avtomobil yollarında 740 m2 sahədə 88,8 ton  miqdarında asfalt – beton qarışığı ilə əsaslı təmir işləri aparılmışdır.Həmçinin həmin yollarda 845 m3 həcmində  çınqıl materialı işlənmişdir.
Avropa Oyunlarının məşəlinin Samux rayonundan keçməsi ilə bağlı məşəlin keçəcəyi Heydər Əliyev prospektində, Nəriman Nərimanov və Mirzə Ələkbər Sabir küçələrində abadlıq işləri aparılır. Heydər Əliyev parkında, həmçinin Heydər Əliyev prospektində, prospektin hər iki tərəfində çəmənliklərə  (qazonlara) 12000 ədəd müxtəlif növ dekorativ güllər əkilmişdir.
Gəncə - Samux avtomobil yolunun sağ tərəfində yerləşən  Samux rayonuna giriş kompleksində Samux rayonunun rəmzi ifadəsini təcəssüm etdirən “Ceyranlar” fiqurları öz təbii rəngində rənglənmiş, yolun hər iki kənarında mövcud olan ağacların gövdələri əhənglə ağardılmış, yolun çiyin hissələrində baş qaldıran ot və alaq bitkiləri biçilmiş, yolun hərəkət hissəsində əmələ gəlmiş çala və çuxurlar təmir edilmişdir.
Heydər Əliyev prospektində metal dekorativ işıq dirəklərinin yuxarı qurataracağında və Samux şəhərinin girişində ucaldılmış “Samux şəhərinə giriş elementi”nin üzərində quraşdırılmış “Ay və ulduz” elementləri qızıl rəngli  boya ilə rənglənmişdir.
Hal – hazırda Samux rayonunda abadlıq – quruculuq işləri yüksək templə davam etdirilməkdədir.

Keçidlər