Samux rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı keçirildi
Ölkəmizin hər yerində olduğu kimi YAP Samux rayon təşkilatında da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir.Tədbirlər planına uyğun olaraq YAP Samux Rayon Təşkilatının və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında “Bilik yarışı” keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, Ulu Öndər H.Əliyevin anadan olmasının 92-ci il dönümü ərəfəsində məktəblilər arasında “Bilik yarışı”nın keçirilməsində əsas məqsəd gənc nəsli Ulu Öndər Heydər Əliyev ideaları ruhunda, Onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyə etmək, Onun irsinin dövlətçilik, azərbaycançılıq, bəşəri konsepsiyasını, idarəçiliyini öyrənmək, təbliğ etmək və bu ideyalardan faydalanmaq , həyatımızda istifadə etməkdir.Çıxışının sonunda Gündüz Bayramov yarış iştirakçılarına uğurlar arzuladı.
Sonra Samux rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov da çıxış etdi.O, Ümummilli lider H.Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indiki gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” tezisini xüsusi vurğulyaraq dahi şəxsiyyətin seçdiyi yolun Azərbaycana qazandırdığı uğurları tədbir iştirakçılrının nəzərinə çatdırdı və “Bilik yarışı” –nın iştirakçılarına uğurlar arzuladı. Yarışma açıq elan olundu.
İntellektual bilik yarışında hər məktəbin komandasında beş nəfər olmaqla 23 məktəbin şagirdləri iştirak edirdilər. Hər komanda 9, 10, 11-ci sinif şagirdlərindən ibarət idi.Yarış çox gərgin və maraqlı keçirdi.Məktəblilər birincilik uğrunda mübarizə aparırdılar.Hər bir komanda üzvləri verilən suallara tez və birinci cavab vermək üçün var gücü ilə çalışırdılar. Sualların əksəriyyəti Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmişdir.
Gərgin keçən yarışda öz bilik səviyyəsi ilə digər məktəblərdən fərqlənən Qovlarsarı kənd tam orta məktəbin komandası I yerə, Samux şəhər 3 saylı tam orta məktəbin komandası II yerə, Ziyadlı kənd tam orta məktəbin komandası III yerə layiq görüldülər. Qalib gələn hər üç komandaya Fəxri Fərman və qiymətli hədiyyələr Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş ümumrayon tədbirində təqdim ediləcəkdir.