Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətlə “ZƏRİF” Samux Qadınlar Klubu yaradıldı.

29 aprel 2015 | 15:00

Samux Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və  Yeni Azərbaycan Partiyasının Samux Rayon Təşkilatının təşkilatçılığı ilə   akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətlə “ZƏRİF” Samux Qadınlar Klubu yaradıldı.
Tədbirdə   konfrans iştirakçıları əvvəlcə akademik Zərifə Əliyevanın həyat və yaradıclığından bəhs edən çıxışları dinləyiblər.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova,  Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, YAP Samux Rayon  təşkilatının Aparat Rəhbəri Sevinc Xəlilova və rayonunun ictimai siyasi həyatında fəal iştirak edən qadınlar və gənclər iştirak ediblər.
Samux Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Zərifə Əliyevanın ömür yolundan, fəaliyyətindən danışıb. Qeyd edib ki, “intellektual səviyyəsi  ilə xüsusi tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrinə yüksələn görkəmli alim, ictimai proseslərdə fəal Azərbaycan qadını Zərifə Əliyeva bu gün gənc Azərbaycan xanımlarına bir nümunədir!”
Sonra digər iştirakçılar çıxış edərək böyük şəxsiyyət, istedadlı həkim Zərifə Əliyevanın keçdiyi ömür yolu haqqında fikirlərini bölüşüblər. Natiqlər tibb elmi tarixində sözünü deyən həkim oftalmoloq Zərifə Əliyevanın Azərbaycanda bu sahənin inkişafındakı xidmətlərindən və oftalmologiya sahəsində imza atdığı yeniliklərdən, uğurlardan ətraflı danışıblar.
Sonda Zərifə Əliyevanın xatirəsinə ehtiram olaraq  “ZƏRİF” Samux Qadınlar Klubu yaradıldı. Klubun yaradılmasında əsas  məqsəd rayonun qadınlarını bir araya toplamaq, qadınların problemlərinin həllində yardımçı olmaq və qadınların fəallığına şərait yaratmaqdır. Kluba YAP Samux Rayon Samux Rayon Təşkilatının aparat rəhbəri Sevinc Xəlilova rəhbər, Samux Rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə isə idarə heyətinin rəhbəri seçildi. Bununla yanaşı Klubun idarə heyəti və strukturu müəyyənləşdi.
Klub Samux Rayon Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərəcək.

Keçidlər