Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilmişdir
29 aprel 2015 | 15:00
29 aprel 2015-ci il tarixində Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilmişdir. İclasda Nazirliyin kollegiyasının üzvləri, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və digər qonaqlar iştirak etmişdir.