Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Əhmədbəyli kəndində səyyari görüşü keçirilmişdir.
28.04.2015-ci il tarixinde Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Əhmədbəyli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Şükürov Ayaz kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov Mirağa Nüsrəddin oğlu çıxış edərək iki mərtəbəli 12 mənzilli yaşayış binasının kanalizasiya sisteminin təmizlənməsini xahiş etdi.
2. Həmzəyev Rövşən Valeh oğlu öz çıxışında Əhmədbəyli kənd uşaq bağçasını cari təmirini xahiş etdi.
3. İsmayılov Mikayıl Cəbi oğlu 5 ədəd yararsız elektrik dirəyinin dəyişdirilməsi təklifinini irəli sürdü.
4. İsgəndərov Xaləddin Şəmil oğlu yaşadığı küçənin cari təmiri təklifinini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi