Samux Mərkəzi Rayon Xəstəxanasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci il dönümü ilə əlaqədar elimi-ictimai konfrans keçirilmişdir
27 aprel 2015 | 15:00
Samux MRX-nın işçi kollektivinin iştirakı ilə 27 Aprel 2015-ci il tarixdə Samux
MRX-da Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92 ci il dönümü ilə
əlaqədar elimi ictimai konfrans keçirilmişdir. Konfransda xəstəxananın baş həkimi
İlham Həsənov, həkimlər Kamran Ələkbərov, Rəqiyyə Hüseynova və digər yoldaşlar
çıxış edərək, Zərifə xanım Əliyevanın elmi –ictimai fəaliyyətindən və ömür yolundan
ətraflı danışaraq konfrans iştirakçılarının məlumatlandırdılar.
Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi
həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın
qəlbində əbədi yaşayacaq.