Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzinin “İDARƏÇİLİK MƏKTƏBİ” Layihəsinin aprel ayında keçirilən növbəti görüşünün qonağı Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev oldu.

22 aprel 2015 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə  2014-cü ilin noyabr ayından başlayaraq Samux Rayon Heydər Əliyev Mərkəzində “İDARƏÇİLİK MƏKTƏBİ” adlı layihəyə  həyata keçirilməyə  başlanmışdır və  bu layihə 2015 –ci ildə də davam edir.
Layihənin əsas məqsədini  rayon gəncləri arasında idarəçiliyin bütün sahələri üzrə məlumatlılığın artırılması, onlara yeni biliklərin verilməsi, qeyd edilən istiqamətlər üzrə dövlətin həyata keçirdiyi siyasətin elmi əsaslandırılması, dövlət qulluqçuları və digər sahələr üzrə mütəxəssislərlə fikir mübadiləsinin aparılması və.s kimi məsələlər təşkil edir.
Aprelin 22-də “İdarəçilik Məktəbinin qonağı  Samux Rayon İcra Hakimiyyətinin başçısı  cənab Alı Qocayev oldu.
200 nəfər gəncin iştirak etdiyi tədbirdə, cənab  başçı dövlətin uğurla həyata keçirdiyi daxili və xarici siyasət haqqında  ətraflı məlumat verdi. Bu cür layihələrin rayon gəncləri üçün xüsusi faydasının olduğunu qeyd edərək,  öz  iş təcrübəsi barədə və fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlər haqqında görüş  iştirakçılarını məlumatlandırdı.
Daha sonra icra başçısı iştirakçıların suallarını cavablandırdı,  gəncləri düşündürən  problemlərlə  maraqlanaraq,  onlara dəyərli tövsiyələr verdi.

Keçidlər