“OCAQ” Samux Yazarlar Məclisi yaradıldı
Samux rayon Heydər Əliyev Mərkəzinin nəzdində “OCAQ” Samux Yazarlar Məclisi yaradıldı.
Yeni yaradılmış “ Ocaq” Samux Yazarlar Məclisinin ilk toplantısı keçirildi.
Yığıncaqda ocağın üzvləri, strukturu və tərkibi təyin edildi, yeni üzvlər seçildi.
Tədbirdə Heydər Əliyev Mərkəzinin rəhbəri və “aybKİTAB”Layihəsinin bölgələr üzrə koordinatoru Aygün Həsənzadə, “Ocaq “ Samux Yazarlar Məclisinin Rəhbəri Nuranə Həsənova , rayon Ağsaqqalalar Şurasının Sədri Həmzə Həmzəyev, Samux rayon Mərkəzi kitabxanasının nümayəndələri, Samux şəhər Mədəniyyət Mərkəzinin rəhbəri Şəlalə Tağıyeva, Samux rayonunun qocaman və gənc yazarları , Samux rayon Təhsil şöbəsinin dəstəyilə Samux rayon məktəblərinin yeniyetmə şeir yazma qabiliyyətinə malik şagirdləri və şer sevərlər iştirak edirdi.
Tədbiri Məclisin idarə heyətinin rəhbəri, rayonun tanınmış qocaman şairi Gəray Bayramov aparırdı.
Məqsəd rayonun istadadlı insanlarını ictimaiyyətə tanıtmaq, onların əsərlərini toplamaq və nəşr etdirməkdir.
Tədbirin sonunda yeni yazılan şerlər səsləndirildi və müzakirə olundu.
Onu da qeyd edək ki yeni yaradılmış yazarlar məclisi hər ayda 2 dəfə toplantı keçirəcək.