Şriftin ölçüsü :

Saytın rəngi :

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar Samux rayonunda təbir keçirildi

13 noyabr 2012 | 16:00

Samux rayon İcra Hakimiyyətinin Akt zalında 12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir. Yığıncaqda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Konstitusiyanın tarixindən, Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından, onun əhəmiyyətindən və hər bir Azərbaycan vətəndaşı üçün yaratdığı imkanlardan danışdı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Konstitusiya Komissiyasının yaradılmasını və 12 noyabr 1995-ci il tarixdə keçirilən referendumla Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın qəbul edilməsini və onun əhəmiyyətini qeyd etdi.
“Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin hüquqi dayağıdır” mövzusunda məruzə ilə çıxış edən Samux Rayon məhkəməsinin sədri Nizami Hümbətov Azərbaycanın müstəqillik əldə etdikdən sonra yeni konstitutsiyanın hazırlanmasının zərurəti yarandığını. Bu məqsədlə 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin özünun sədrliyi ilə xüsusi komissiya yaratdığını. 1995-ci il noyabrın 12-də referendum yolu ilə xalqın iradəsi ilə yeni kostitutsiya qəbul olundu. Bununla da Azərbaycan Respublikasında dövlət quruculuğunun hüquqi əsası qoyuldu. Azərbaycan Respublikasının Konstitutsiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiya hər bir vətəndaşın cəmiyyətdə, idarəçilikdə mövqeyinin, hüquqlarının, mənafeyinin təminatçısı, onun azadlıqlarının real, həm də yeganə qarantıdır.
Rayon prokuroru Nürəddin Qasımov da öz növbəsində Azərbaycan Respublikası Konstitusiyasının əhəmiyyəti və inkişaf mərhələləri barədə geniş çıxış etdi.
Tədbirdə çıxış edən digər natiqlər rayon təhsil şöbəsinin metodisti Nərgiz Bədəlova, Samux şəhər 3 saylı tam orta məktəbinin müəllimi Rəna Əsgərova, Qarayeri qəsəbə 1 saylı məktəb litseyin müəllimi Zərifə Məmmədova və qəsəbə 2 saylı tam orta məktəbinin müəllimi Nurlana Kazımova da Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının demokratik, hüquqi və dünyəvi dəyərləri barədə çıxış etdilər.
Sonda rayon İcra Hakimiyyətinin Başçısı bir daha Azərbaycanın Konstitusiyasının və digər qanunlarının hər bir Azərbaycan vətəndaşı üçün böyük imkanlar yaratdığını vurğuladı və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi.
 

Keçidlər