YAP Samux Rayon Təşkilatında Şura və İdarə Heyətinin iclası keçirildi.
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Şura və İdarə Heyətinin iclası keçirildi.Yığıncaqda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi və 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar qarşıda duran vəzifələr müzakirə olundu.
Tədbiri YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov giriş sözü ilə açaraq qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırdı.Natiq qeyd etdi ki,ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti doğma xalqına xidmət,ulu dəyərlərə sədaqət meyarı olub: “Bu gün xalımızın və partiyamızın qarşısında yeni – yeni mühüm vəzifələr dayanır. Bu vəzifələrin ən başlıcası Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onu dünyanın ən güclü, qüdrətli və zəngin dövlətləri sırasına çıxarmaqdır. Yeni əsrdə bizim ən başlıca amalımız güclü, qüdrətli, zəngin Azərbaycan uğrunda mübarizə olmalıdır.”
G.Bayramov ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rayon ərazisində və ərazi ilk partiya təşkilatlarında keçiriləcək tədbirlər barədə geniş məlumat verdi.Qeyd etdi ki, Ulu Öndərin irsi dərindən araşdırılaraq gənc nəsilə ətraflı öyrədilməlidir: “Bu məqsədlə rayon mərkəzində və kəndlərdə partiya fəallarının, ziyalı gənclərin və yuxarı sinif şagirdlərinin iştirakı ilə intelektual bilik yarışları, görüşlər, “dəyirmi masa”lar, inşa yazı və rəsm müsabiqələri keçiriləcək. Ulu Öndər Heydər Əliyevin doğum günü gənclərin rayondakı tarix və mədəniyyət abidələrinə, Ümummilli Liderin həyat və fəaliyyətinin, idarəetmə məktəbinin öyrənilməsi məqsədilə yuxarı sinif şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları,YAP üzvü olan gənclərin fəal iştirakı ilə yaşıllaşdırma aksiyası təşkil ediləcək.”
Tədbirdə Samux rayon Icra Hakimiyyəti Başçısının I müavini Tahir Qarayev, YAP Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova, rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov və başqaları çıxış edərək bildirdilər ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək və hər bir YAP üzvü bu tədbirlərdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirəcək. Qeyd olundu ki, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı seçki kompaniyasının yeni texnologiyalara uyğun keçirilməsi sahəsində qazandığı təcrübə, keçirdiyi tədbirlər təqdirəlayiqdir.