Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qırmızı Samux qəsəbəsində səyyar-görüşü keçirilmişdir.
14.04.2015-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevin səyyari görüşü rayonun Qırmıxı Samux qəsəbəsində keçirildi.
Səyyari görüşdə İcra Hakimiyyəti başçısının müavinləri,icra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Qəsəbədə görülmüş işlər və sakinləri narahat edən məsələlər və problemlər haqqında məlumatı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Abdurrəhmanov Yaşar verdi. Sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu. Belə ki, sakinləri narahat edən bəzi problemlər barədə bir neçə nəfərin çıxışları və təklifləri dinlənildi.
1. Almuradov Əhliyad Camal oğlu çıxış edərək oğlunun ixtisasına uyğun işlə təmin olunmasını xahiş etdi.
2. Lətifov Səhrab Qasım oğlu pay torpaqlarının suvarılması üçün əlavə su nasosunun quraşdırılması təklifini irəli sürdü.
3. Musayev Teymur İbrahim oğlu yağış suyunun axıdılması üçün su borusunun quraşdırılmasını xahiş etdi.
4. İbrahimov Telman Qurban oğlu Yenikənd – Qırmızı Samux yolunun cari təmirini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.