Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Yazlıq bitkilərin əkini və payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda müşavirə keçirilmişdir.

08 aprel 2015 | 15:00

“Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafına dair dövlət Proqramları”nın icrasına həsr olunmuş konfranslarda aqrar sahənin səmərəliliyinin artırılması üçün aparılan islahatların davam etdirilməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, kənd təsərrüfatının intensiv metodlarla inkişafının təmin edilməsi, idxaldan asılılığın azaldılması, məhsuldarlığın, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması və digər istiqamətlərdə tədbirlərin görülməsinin vacibliyi bir daha vurğulanmışdır.
Eyni zamanda kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkənin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə Respublika Prezidenti 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Sərəncam imzalamış və tədbirlər planı təsdiq olunmuşdur.
Bu vəzifələrin icrası üçün bölgələrdə bitkiçilik məhsullarının, o cümlədən taxıl istehsalının artırılması, məhsulun keyfiyyətinin yüksəldilməsi, itkilərin qarşısının alınması üzrə texniki, texnoloji, təşkilati və digər tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Buna uyğun uyğun olaraq 8 aprel 2015-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Samux rayonunda “Yazlıq bitkilərin əkini və payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda regional müşavirə keçirilmişdir. Tədbirdə Nazirliyin məsul işçiləri, alimlər, bölgə fermerləri, sahibkarlar, mütəxəssislər və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak etmişlər. 
“Bitkiçilik sektorunun mövcud vəziyyəti və gələcək inkişafı üçün yeni texnologiyaların tətbiqinin əhəmiyyəti”, “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili” və digər mövzularda təqdimat və çıxışlar oldu. Sonradan fermer və sahibkarlarla müzakirələr, qarşılıqlı fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.
Müşavirənin sonunda taxıl və yazlıq əkinlərə baxış keçirildi, taxıl sahələrınə yemləmə gübrəsi verilməsi, alaqlara qarşı  mexaniki və kimyəvi mübarizə aparılması əyani şəkildə göstərilərək bu aqrotexniki qulluq işlərinin onlara məxsus əkin sahələrində aparılmasının vacibliyi fermerlərə tövsiyə olundu.

Keçidlər