Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Alıuşağı kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alıuşağı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Alıuşağı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Quliyev Vaqif kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Ələkbərov Şükür Qafar oğlu çıxış edərək əhalinin istifadəsində olan içməli subartezianın təmirini xahiş etdi.
2. Cəfərov Sərxan İlqar oğlu öz çıxışında kəndin küçələrinə qum çınqıl verilib hamarlanmasını xahiş etdi.
3. Vəliyev Şaiq Hilal oğlu Kürək çayından ayrılan sel arxının lildən təmizlənməsi təklifinini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.