Samux rayonunda “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” qeyd olundu.
Samux rayonunda qan yaddaşımızda dərin iz buraxmış “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Samux Şəhidləri Kompleksinin önündə başlayan tədbir YAP Samux rayon təşkilatında davam etdirildi və tədbirdə icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri çıxış nitqi ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev tarix boyu xarici qüvvələrin havadarlığı ilə erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını, qırğın və soyqırımıları həyata keçirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Belə qanlı olaylardan birinin də 1918-ci ildə erməni daşnak-bolşevik birlikləri tərəfindən törədilən 31 Mart soyqırımı olduğunu bildirən A.Qocayev bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu vurğuladı. Natiq 31 Mart soyqırımına da ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyini qeyd edərək bu hadisənin bir soyqırımı aktı olduğunu qeyd etdi.
Daha sonar Samux rayon Sərkar kənd orta məktəbinin müəllimi Kəmalə İsgəndərova, Samux şəhər 2 saylı tam orta məktəbin müəllimləri Əliyev Fidayıl və Cəfərova Aytən çıxışlarında da xarici havadarlarının dəstəyi ilə əzəli Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra ermənilərin daim soydaşlarımıza qarşı məkrli və təcavüzkar planlar həyata keçirdiklərini vurğuladılar.