Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun İnstitut qəsəbəsində səyyar-görüşü keçirilmişdir.
30.03.2015-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevin səyyari görüşü rayonun İnstitut qəsəbəsində keçirildi.
Səyyari görüşdə İcra Hakimiyyəti başçısının müavinləri,icra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Qəsəbədə görülmüş işlər və sakinləri narahat edən məsələlər və problemlər haqqında məlumatı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məmmədov Səbuhi verdi. Sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu. Belə ki, sakinləri narahat edən bəzi problemlər barədə bir neçə nəfərin çıxışları və təklifləri dinlənildi.
1. Əliyeva Məşuqə İbrahim qızı çıxış edərək qəsəbədə yerləşən uşaq bağçasının cari təmirini xahiş etdi.
2. Məcidova Dürdanə Tahir qızı kanalizasiya sisteminin cari təmiri təklifini irəli sürdü.
3. Abbasova Sevda Gülağa qızı yaşadığı küçəyə tökülmüş tikinti materiallarının təmizlənməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.