Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Veteranlar Şurasının Samux rayon şöbəsinin konfransı olmuşdır

16 noyabr 2012 | 16:00

15 Noyabr 2012-ci il tarixdə Samux rayon icra Hakimiyyəti başçısı aparatının akt zalında Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının Samux rayon şöbəsinin konfransı keçirilmişdir.
Konfransda Samux rayon icra Hakimiyyətinin başçısı Alı Qocayev, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının Beynəlxalq Əlaqələr daimi Komissiyasının sədri Zahiddin Abbasov iştirak etmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Veteranlar Şurasının Samux rayon şöbəsinin sədri Böyük Vətən Müharibəsi veteranı Əziz Məmmədov Veteranlar Şurasının konfransına qədər görülən işlər haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının Beynəlxalq Əlaqələr daimi Komissiyasının sədri Zahiddin Abbasov veteranları salamlamış və onları təbrik etmişdir, natiq veteranlara görülən işlər və digər qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Konfransda Samux rayon icra Hakimiyyətinin başçısı Alı Qocayev veteranları salamlamış və onları təbrik edərək, qeyd etmişdir ki, hər zaman Azərbaycan gəncliyinə veteranların öz vətənləri uğrunda Böyük Vətən Müharibəsi illərində göstərdikləri qəhrəmanlıqlar, şücaətlər canlı bir vətənpərvərlik məktəbidir. Bu gün Azərbaycan öz inkişaf tendesiyasının uğurla gələcəyə aparan güclü orduya və hərbi sənayeyə malik bir dövlətdir. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə, istərsədə hal –hazırda bütün veteranlar daima dövlətimizin diqqət mərkəzində olmuş, onların qəhrəmanlıqları yüksək qiymətləndirilmişdir. Yekunda natiq bir daha veteranlara can sağlığı və konfransa işində uğurlar arzulamışdır.
Konfransda rayon təşkilatının yeni tərkibi seçildi. Əmək veteranı Həmzəyev Həmzə Əşrəf oğlu Samux rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri seçilmişdir. Konfransda Nəzarət və Təftiş Komissiyalarının hesabat çıxışı dinlənilmiş və gələcəkdə görüləcək işlər müzakirə olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikası Veteranlar Şurasının V- ci qurultayına nümayəndələr və rayon şurasının idarə heyyəti və komissiyaların yeni tərkibləri seçilmişdir.
Beləliklə Azərbaycan Respublikası Veteranlar Şurasının Samux rayon şöbəsinin konfransı öz işini yekunlaşdırmışdır.
 

Keçidlər