Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Füzuli kəndində səyyari görüşü keçirilmişdir.

17 mart 2015 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Füzuli kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Füzuli  kənd    inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Verdiyev  Musa   Cumalı  oğlu  çıxış edərək  subartezian   nasosounun təmirini   xahiş etdi.
2. İlyasov  İlham  Zahir  oğlu öz çıxışında  Kənddəki  futbol  meydançasının hasara alınmasını xahiş etdi.
3. Alıyev  Biləndər  Qəmbər oğlu  Pay  torpaqlarının   suvarılması üçün  Şəmkir  Maşın  Su  Kanalından  su götürülməsi  üçün   qapının  quraşdırılması   təklifini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər