Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi

13 mart 2015 | 16:00

Samux rayon Gənclər və İdman İdarəsi, tətədbirlər planına əsasən, böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədilə, 12 mart 2015-ci il tarixdə Samux rayon Qarabağlı kənd tam orta məktəbin stadionunda, rayonun 23 tam orta məktəbləri arasında "Şahin" hərbi - idman oyununun rayon birinciliyi keçirmişdir. Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu  Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Veteranlar Təşkilatının  birgə qərarı ilə orta məktəblərin VIII-X sinif şagirdləri arasında keçirilir. Yarışı giriş sözü ilə Samux rayon Gənclər və İdman İdarəsinin rəisi R.Qarayev açaraq yarışı keçirməkdə məqsəd gənclərə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək olduğunu qeyd etdi. Daha sonra rayonumuzun Milli Qəhrəmani Elton İsgəndərovun, Azərbaycan Bayrağı ordeni ilə təltif olunmuş Həsən Atakişiyevin və Hərbi Xidmətdən yeni qayitmış Vətənə Xidmətinə görə 3-cü dərəcəli medalla təltif olunmuş İsbəndiyar Quliyevin qəhrəmanliqlarını qeyd etdi. Gənc qəhrəmanımız İsbəniyar Quliyev hərbi xidmətdə göstərdiyi şücayətdən və dövlətimizim ona göstərdiyi qayğıdan danişmiş,  açılışın sonunda bu yarişda bütün komandalara uğurlar arzulamişdir. Yarışın baş hakimi SHXÇDX-i Samux rayon bolməsinin giziri R.Xudiyev təyin edilmişdir.. Komandalar yarış ərzində təntənəli keçid, mahnı ilə keçid, sıra hazırlığı, müxtəlif maneələri dəfetmə, əleyhqaz geyinmə, avtomatin sökülüb yığılması, darağa patronun doldurulub boşaldılması sanitarların yarışı və digər tapşırıqları yerinə yetiriblər. Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticəsinə əsasən  5-likdə 5-ci yeri Samux şəhər 2 saylı tam orta məktəb, 4-cü yeri Samux şəhər 3 saylı məktəb, 3yeri Qarabağlı kənd tam orta məktəb, 2-ci yeri Alıuşağı kənd tam orta məktəb, 1-ci yeri isə  Qarayeri 1 saylı tam orta məktəbin komandası qazanmışdır. 1,2,3-cü yer tutmuş komandalara Samux rayon Gənclər və İdman idarəsinin diplomları və kubokları təqdim olunmuşdur və rayon birincisi 1-cisi Qarayeri 1 saylı tam orta məktəbin komandası  Qazax şəhərində keçiriləcək “Şahin” hərbi-idman oyununun zona birinciliyində rayonu təmsil etmək hüququ qazandı.

Keçidlər