Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənpərvərlik -şərəfli yola doğru”

12 mart 2015 | 16:00

Samux Rayon  Heydər Əliyev Mərkəzi rayon məktəblilərində vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində maraqlı tədbirlər həyata keçirir.

Mərkəz növbəti tədbiri martın 11-də rayonun Qarabağlar kənd orta məktəbində keçirib. Burada kənd orta məktəbinin məzunu, keçən il avqustun 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunmuş İsfəndiyar Quliyevlə “Vətənpərvərlik-şərəfli yola doğru” adlı görüş keçirilib.

Görüşdə mərkəzin direktoru Aygün Həsənzadə, əməkdaşları Arif Məmmədov, Samirə Ələkbərova, İradə Məmmədova, Qarabağlar kənd orta məktəbinin direktoru Elmira Aslanova və məktəbin hərbi hazırlıq müəllimi Müqabil Məmmədov çıxış edərək Vətənin belə igid gənclərlə fəxr etdiyini söyləyib, işğal altındakı torpaqlarımızın qəhrəman oğullarımızın səyi ilə tezliklə düşməndən azad olunacağına əminliklərini bildiriblər.

Görüşdən sonra məktəbin nümunəvi hərbi hazırlıq otağında şagirdlər üçün açıq dərs keçirilib.

Keçidlər