Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Çobanabdallı kəndində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Çobanabdallı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Çobanabdallı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məhərrəmov Elşad kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Abbasov Xəqani Şamil oğlu çıxış edərək pay torpaqlarının suvarılmasında istifadə olunan baş su kanalının təmizlənməsini xahiş etdi.
2. Nəbiyev Habil Məmməd oğlu öz çıxışında kənddaxili yolun cari təmirini xahiş etdi.
3. Məmmədov Novruz Oruc oğlu iki ədəd yararsız elektrik dirəyinin dəyişdirilməsi təklifini irəli sürdü.
4. Abdıyev İntiqam Nadir oğlu sahələrarası su arxının təmizlənməsi təklifini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi