Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd edildi

07 mart 2015 | 16:00

Samux rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Samux  Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev açaraq  “ 8 Mart Beynəlxalq Qadınlar Bayramı Günü” münasibəti ilə qadınları ürəkdən təbrik etdi və onlara ən xoş arzularını çatdırdı. Cənab Alı Qocayev  qeyd etdi ki, Azərbaycan qadınına göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, qadınlarımız ölkəmizin bütün sahələrində təmsil olunur.
Daha sonra tədbirdə iştirak edən qadınlara Samux  Rayon İcra hakimiyyətinin başçısı  tərəfindən bayram hədiyyələri təqdim olundu.

Keçidlər