Samux rayonunda əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
06 mart 2015 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bütün Respublikada olduğu kimi Samux rayonunda da 3 fevral 2015-ci il tarixdən etibarən əhalinin tibbi müayinədən keçirilməsi aksiyası başlanılmışdır və hal-hazırda uğurla davam etdirilir. Belə ki, 06.03.2015-ci il tarixinədək rayonun 27 yaşayış məntəqəsi üzrə 19924 nəfər əhali və 44 təşkilatın kollektivi tibbi müayinədən keçmişdir.
Bir daha rayonumuzun sakinlərini 1 may 2015-ci il tarixdək tibbi müayinədən keçməyə dəvət edirik.