Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulunu keçirildi.

05 mart 2015 | 16:00

05 mart 2015–ci il tarixdə Samux  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayev tərəfindən Samux Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00 – da başlamış və saat 11:20 – dək davam etmişdir.Qəbula yazılmış 15 nəfər vətəndaşın 14 müraciəti və Seyidlər kəndindən 15 nəfər vətəndaşın 1 kollektiv müraciəti dinlənilmiş, vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur. Vətəndaşlar tərəfindən edilmiş bir neçə  müraciətlərin bir qismi yerində həll edilmiş,digər müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.

Keçidlər