Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin ilk Kitab stendinin açılışı və dünya şöhrətli yazıçı Çingiz Abdullayevlə görüş keçirildi

05 mart 2015 | 16:00

5 Mart 2015-ci il tarixində Samux Rayon İcra Hakimiyyəti, Samux Rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin Kitab Stendinin açılışı və Xalq yazıçısı Çingiz Abdulayevlə görüş keçirildi.
   İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu.Daha sonra rəsmi qonaqlar Samux Rayon Tarix Diyarşunaslıq Muzeyi və Samux Rayon Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış oldular.
    Samux rayon İcra Hakimiyyətinin Başçısı cənab  Alı Qocayev, Samux Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə və digər rayon rəsmilərinin iştirak etdiyi ayb Kitab stendinin açılışında Azərbaycan Yazıçılar Birliyinin Katibi, Xalq Yazıçısı Çingiz Abdullayev və Yazıçılar Birliyinin Mətbuat Katibi Xəyal Rza çıxış edərək ayb Kitab stendi haqqında ətraflı  məlumat verdilər.  Stend açılışı münasibətilə qırmızı lent və tort kəsildi.
   Tədbiri Rayonun Baçısı Cənab Alı  Qocayev açaraq qonaqları salamladı.Sonra Samux Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Samux Yazarlar Birliyinin Rəhbəri  Nuranə Həsənova çıxış etdilər.Tədbirin gedişində söz alan Yazıçılar Birliyinin Mətbuat Katibi Xəyal Rza öz çıxışında regionlarda belə görüşlərin təşkil edilməsinin vacibliyini vurğuladı.
Tədbir Çingiz Abdullayev çıxışı və öz oxucuları ilə müzakirələri ilə davam etdirildi. Oxucuları maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda Çingiz Abdullayevin kitablarının imza mərasimi təşkil olundu.

Keçidlər