Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “05 Mart Bədən Tərbiyəsi və İdman günü” nün 10 illiyi münasibəti ilə silsilə tədbirlər keçirildi.

04 mart 2015 | 16:00

“05 Mart Bədən Tərbiyəsi və İdman Günü” nün 10 illiyi ilə əlaqədar Samux Rayon Gənclər və İdman İdarəsi tərəfindən tədbirlər planı tutularaq təsdiq edilmişdir. Belə ki, 01 mart 2015-ci il tarixdə  Samux rayonu Lək kəndinin tam orta məktəbin idman zalında  sərbəst güləş üzrə Samux rayon açıq birinciliyi keçirilmişdir. Birincilikdə Samux rayonundan  4  (Poylu, Sərkar, Qarayeri və Lək) komandaları, Gəncə şəhərindən 2 (Gəncə və Zenit) komandaları və Tovuz rayonundan 2 komanda ümumilikdə 100 idmançı qızıl medal uğrunda mübarizə aparmışdır. Açılışı Samux rayon Gənclər və İdman İdarəsinin rəisi R.Qarayev açaraq Samux rayon İcra Hakimiyyəti adindan idmançilarimizi salamlamış, Prezidentimizin idmana göstərdiyi böyük diqqət qayğıdan danışmışdır. Yarış böyük maraqla qarşılanmış və  qaliblər Samux Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.
         03-04 mart 2015-ci il tarixlərdə Samux şəhər 2 saylı orta məktəbin idman zalinda yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə Uşaq Gənclər İdman Məktəbinin bölmələri arasında 50 nəfər idmançı iştirak edirdi.
         Eyni zamanda Uşaq Gənclər Şahmat Məktəbinin bölmələrinin idmançıları arasında Şahmat oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Birinilikdə 60 nəfər zəka sahibi qızıl medal uğrunda mübarizə aparmışdır.
         Keçirilən idman yarışlarının final görüşündə Samux rayon İcra Hakimiyyəti Başçısı cənab Alı Qocayev iştirak etmiş, qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırmışdır.
         Daha sonra İdmançıların Peşə Bayramı münasibəti ilə Samux Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdrəsi ilə birgə ağacəkmə kompaniyası keçirilmişdir. Kompaniyada rayon idmançları və gəncləri yüksək fəallıq göstərmiş, Heydər Əliyev prospekti boyu 500-dən artıq ağac əkilmişdir. Silsilə tədbirlər Kütləvi İnformasiya Vasitəsi tərəfindən işiqlandirilmişdir.

Keçidlər