“05 mart Bədən tərbiyyə və İdman günü” münasibəti ilə sərbəst güləş üzrə Samux rayon açıq birinciliyi keçirildi.
“05 mart Bədən tərbiyyə və İdman günü” münasibəti ilə 01 mart 2015-ci il tarixdə Samux rayonu Lək kəndinin tam orta məktəbin idman zalinda sərbəst güləş üzrə Samux rayon açıq birinciliyi keçirilmişdir. Birincilikdə Samux rayonundan 4 (Poylu, Sərkar, Qarayeri və Lək) komandaları, Gəncə şəhərindən 2 (Gəncə və Zenit) komandaları və Tovuz rayonundan 2 komanda ümumilikdə 100 idmançı qızıl medal uğrunda mübarizə aparmışdır. Açılışı Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi R.Qarayev açaraq Samux Rayon İcra Hakimiyyəti adindan idmançilarimizi salamlamış, Prezidentimizin idmana göstərdiyi böyük diqqət qayğıdan danışmışdır.
Yarış böyük maraqla qarşılanmış və hakimlərin yekun protokoluna əsasən 23 kq çəki dərəcəsində Sadıqov Fərid (Tovuz), 26 kq çəki dərəcəsində Rəhimov Ağa (Gəncə), 29 kq çəki dərəcəsində Şəmilov Maqsud (Samux), 32 kq çəki dərəcəsində Əliyev Röyal (Gəncə), 35 kq çəki dərəcəsində Axundov Şirməmməd (Tovuz), 42 kq çəki dərəcəsində Yusifzadə Samir (Gəncə), 46 kq çəki dərəcəsində Hüseynov Elnur (Samux), 50 kq çəki dərəcəsində Nəcəfov Həsən (Gəncə), 54 kq çəki dərəcəsində Məmmədov Kənan (Tovuz), 58 kq çəki dərəcəsində Qasımov Ayxan (Samux), 63 kq çəki dərəcəsində Məmmədov Şimşək (Samux), 69 kq çəki dərəcəsində Hümbətov Vüqar (Samux), 76 kq çəki dərəcəsində İbadov Elgiz (Samux), 85 kq çəki dərəcəsində Rüstəmov Xəyal (Tovuz) qalib gələrək Samux Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.