Samux Rayon Lək kənd tam ota məktəbdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” nə həsr olunmuş tədbir keçirilib
"1 mart - Ümumdünya Mülki Müdafiə Günü" münasibəti ilə Samux Rayon Lək kənd tam orta məktəbində FHN Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin və Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin birgə iştirakı ilə tədbir keçirilmişdir.
İştirakçılara Beynəlxalq Mülki Müdafiə Təşkilatı barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Ümumdünya Mülki Müdafiə Təşkilatı 1972-ci il martın 1-dən fəaliyyət göstərir. Azərbaycan Respublikası bu beynəlxalq təşkilatda 1993-cü ildən təmsil olunur. Mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, konfranslar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur.
İclasda əhalinin mülki müdafiə sahəsində biliklərini daim diqqət mərkəzində saxlamaq, xüsusilə də müəllim kollektivinin mülki müdafiə işinin təşkilini, onun məramını, eləcə də fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri və bu bilikləri mütəmadi olaraq şagirdlərə aşılamalarının vacibliyi ön plana çəkilmişdir.
Daha sonra şərti xəbərdarlıq siqnalı ilə məktəbdə "Zəlzələ" həyəcanı elan edilmişdir. Şagirdlər tərəfindən dərs gedişində baş verən zəlzələ zamanı təhlükəli zonadan təxliyyə olunma qaydaları, yaralanmış şəxslərə ilk tibbi yardımın göstərilməsi üsulları nümayiş olunmuşdur.