Müqəddəs Qurban Bayramı Samux rayonunda da qeyd olunmuşdur
Qurban bayramı münasibəti ilə Samux rayon İcra Hakimiyyəti tərəfindən 25 oktyabr 2012-ci il tarixində Samux rayonunun qəsəbə, kəndlərində və Samux şəhərində qurbanlar kəsilmişdir.
Samux şəhər Heydər Əliyev Prospektində salınmış yeni istirahət parkında rayon İcra Hakimiyyətinin Başçisi cənab Alı Qocayev, İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, İctimai Birliklərin sədrləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştrak etdilər.
Təşkil olunan mərasimə toplaşanları Samux rayon İcra Hakimiyyətinin Başçisi cənab Alı Qocayev müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. O, rayonda həyata keçirilən sosial yönümlü işlər barədə geniş məlumat verərək, rayon sakinlərinin sosial vəziyyətlərinin nəzərə alınaraq daxili imkanlar hesabına müxtəlif yardımların edilməsi, çətin vaxtlarda onlara yardımçı olunması, müxtəlif yubiley və bayram tədbirlərinin keçirildiyini qeyd etdi.
“Qurban bayramı” münasibəti ilə Qarabağ Müharibəsi şəhidlərinin ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi əlilləri və əmək veteranlarına, Cernobıl qəzası iştirakçılarına, tənha və kimsəsiz ailələrə və digər ehtiyaclı şəxslərə qurban payı verildi.
Tədbirdə iştrak edən şəxslər ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlər və ictimaiyyət nümayəndələri “Qurban bayramı”nın mütəşəkkil kecirilməsinə və imtiyazlı rayon sakinlərinə diqqət və qayğı göstərilməsinə görə Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.