Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Xocalı Soyqırımının 23-cü il dönümü anıldı

26 fevral 2015 | 16:00

Samux rayonunda 26 fevral 2015-ci il tarixində XOCALI SOYQIRIMININ 23-cü il dönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbir Samux şəhəri Heydər Əliyev Mərkəzində  təşkil olunmuşdur.  Anım tədbiri XOCALI SOYQIRIMINA həsr olunmuş filmin nümayişi ilə başlandı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Samux Rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev tədbirdə çıxış edərək  soyqırım haqqında ətraflı məlumat verdi. Natiq bildirdi ki, Erməni hərbi qüvvələri 1992-ci il fevral ayının 25-dən  26-na keçən gecə XX əsrin ən dəhşətli və qanlı faciəsini - Xocalı soyqırımını törətdilər. Bu, İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə erməni separatçı-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin və Rusiyanın   366-cı motoatıcı alayının əsgərlərinin törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır. Ermənilər bu faciədən sonra belə, vertolyotlar vasitəsilə ağ xalat və maskalarda meşələri gəzərək insanları əsir götürməkdən çəkinməmişdilər.Martın 1-də xarici və yerli  jurnalistlərdən ibarət qrup buraya gəldikdən sonra faciənin miqyası daha aydın görünmüşdür.   Bəşəriyyət XX əsrdə bir çox müdhiş soyqırımı və etnik təmizləmə cinayətlərinin şahidi olmuşdur. Xocalı onların içərisində daha dəhşətlisidir.  Xocalı soyqırımının təşkilatçıları və icraçıları bəşəriyyətə qarşı ən ağır cinayətlər törətmiş canilər kimi beynəlxalq qanunlar əsasında mühakimə olunmalıdırlar.
Xocalı faciəsinin canlı şahidləri rayon Təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov və rayon  Məhkəməsinin  Baş icraçısı Rusif Quliyev çıxışlarında o müdhiş hadisə haqqında ətraflı məlumat vermişdir.
Tədbirdən sonra iclas iştirakçıları XOCALI SOYQIRIMININ 23-cü il dönümünə həsr olunmuş Samux şagirdləri tərəfindən hazırlanmış olan  rəsim sərgisinə baxış keçirildilər.

Keçidlər