Samux Rayon Sərkar kənd orta məktəbində 26 fevral Xocalı soyqırımının anım günü münasibəti ilə bir qrup gənclərlə dəyirmi masa arxasında görüş keçirildi.
25 fevral 2015 | 16:00
26 fevral Xocalı soyqırımının anım günü münasibəti ilə Samux Rayon Sərkar kənd orta məktəbində bir qurup gənclərlə dəyirmi masa arxasında görüş keçirildi. Görüşü Gənclər və İdman idarəsinin rəsisi Rəşad Qarayev açaraq Azərbaycanın keçdiyi çətin yollardan və bədnam düşmənlərimizin törətdikləri soyqırımndan söhbət açdı. Daha sonra QMVƏŞAİB Samux Rayon Şöbəsinin sədri Mirzəmməd Orucov da vətənpərvərlik mövzusunda gənclərə öz töhvəsini verərək Samuxun Milli Qəhrəmanından, şəhidlərindən və vətənpərvər oğullarından danışdı. Müzakirə şəklində keçən görüşdə müəllimlər və gənclər də dinlənildi.