Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux Rayon Təşkilatında Xocalı soyqırımı qeyd olundu.

25 fevral 2015 | 16:00

YAP Samux rayon təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 23 –cü ildönümünə həsir olunmuş anım tədbiri keçirildi .Tədbirdə YAPSamux rayon təşkilatının  Şura üzvləri və digər gənc partiya  fəalları iştirak etdilər . Tədbir iştirakşıları ilk öncə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsini yad etdilər .

Sonra YAP Samux rayon təşkilatının sədri G.Bayramov tədbiri açaraq qeyd etdi ki, tarixin müxdəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan  Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı əsrin ən dəhşətli faciəsindən birini yaşaması ölkəmizin yeni tarixinə qara həriflərlə yazıldı .

Tədbirdə YAP Samux raon Təşkilatının Gənclər Birliyinin sədri Arif Ağayev geniş məruzə ilə çıxış edərək,yalnız Ümumilli Lider Heydər Əliyevin hakimiyətə qayıdışından sonra  Xocalı faciəsinin özünün əsl siyasi –hüquqi qiymətini aldığını, soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq içtimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldüyünü vurğuladı .Bu  siyasətin indi Azərbaycan dövləti tərəfindən davam etdirildiyini diqqətə çatdıran natiq qeyd etdi ki,burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırım cinayətkarlarını dünya ictimayətinin mühakiməsinə verməkdir.                                                                                                                                

Sonra tədbirdə Samux rayon Təhsil şöbəsinin müdir müavini Faiq Həsənov həmin gecə xalqımıza qarşı törədilən qanlı terror aktının- Xocalı soyqırımının canlı şahidi olaraq cıxış etdi.Faiq Həsənovun xatirələri tədbir iştirakçılarını çox mütəəsir etdi,eyni zamzanda gənclərə xocalı faciəsinin mahiyyətini aşıladı.

Daha sonra tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, YAP samux rayon təşkilatının GB-nin sədr müavini İradə Məmmədova,GB-nin idarə heyətinin üzü Elnar Əsgərov və 1saylı   Qarayeri qəsəbə tam orta məktəbin müəlliməsi Günay İsmayılova çıxış edərək, qeyd etdilər ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi –şovinistlələrin davamlı olaraq etnik təmizləmə soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulmuş qaçqın məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla təkcə azərbaycanlılara qarşı deyil bütövlükdə insanlıq əlehinə törədilmiş qəddar cinayət aktıdır.Onlar bildirdilər ki, erməni millətçiləri Xocalıda bu soyqırım əməlini törədərkən doğma torpağını qəsibkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər . Qeyd olundu ki, ermənilərin törətdiyi Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı cinayət olub . Möhdərəm Prezidentimiz Cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində Xocalı həqiqətləri Azərbaycan xalqının başına gətirilən müsübətlər dünya ictimayyətinin diqqətinə çatdıracaq və bu vəşilik real qiymətini alacaq .

Keçidlər